Polis karantin rejiminə məhəl qoymayan gəncləri belə yaxaladı - VİDEO

04:40 07-05-2020 424

Türkiyənin Bursa şəhərində bir qrup gənc karantin qaydalarına məhəl qoymayaraq küçəyə çıxıb.

“HaberGlobal” xəbər verir ki, ərazidə xidmət aparan polis vətəndaşlara evə qayıtmaq əmri versə də, gənclər tabesizlik göstərib. Nəticədə, polis onları yaxalamaq qərarına gəlib.

Hadisənin şahidi baş verənləri telefonu ilə çəkərək, sosial şəbəkələrdə yayıb.