Almaniyada bütün ticarət mərkəzləri və mağazalar fəaliyyətini bərpa edir

06:00 07-05-2020 348

Almaniya hökuməti nümayəndələrinin regional rəsmilərlə keçirdiyi onlayn videokonfrans zamanı sahəsindən asılı olmayaraq mağazaların açılması barədə razılıq əldə olunub.

Məlumatı “Dpa-international” agentliyi yayıb.

Rəsmilərin verdiyi qərar tezliklə Almaniya Kansleri Angela Merkel tərəfindən rəsmən açıqlanacaq.

Qeyd edək ki, Almaniyada pandemiya ilə əlaqədar sahəsi 800 kvadrat metrə qədər olan mağazaların işləməsinə icazə verilirdi.