Meqan Markl istəmədi, şahzadə Harri satışa çıxardı

07:40 07-05-2020 356

Şahzadə Harri ABŞ-a köçməzdən beş ay əvvəl 50 min sterlinqə (105 858 AZN) aldığı ehtimal edilən dünyanın ən bahalı ov tüfəngi “Purdey”i xüsusi bir müqavilə ilə satıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, şahzadə Harri əl işi olan ov tüfənglərini heyvanlara sevgisi ilə tanınan xanımı Meqan Marklın xoşuna gəlmədiyi üçün satır.