10 yaşlı uşaq bacısına sürpriz etmək üçün atasının maşını qaçırdı və... - VİDEO

08:40 07-05-2020 21

10 yaşlı oğlan bacısına sürpriz etmək üçün atasının maşınını qaçırdıb.

“BAZA” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın Tomsk şəhərində baş verib.

Bildirilir ki, valideynləri mağazada olduğu müddətdə oğlan dörd yaşlı bacısını gəzdirmək istəyib. Nəticədə qəzaya uğrayıblar. Onlar ciddi xəsarət almayıblar, uşaqlara yerindəcə tibbi xidmət göstərilib.

Valideynlər isə inzibati məsuliyyətə cəlb olunublar.