Böyük Britaniyada koronavirus xəstələrinin sayı 200 mini keçdi

09:20 07-05-2020 346

Dünyada koronavirusdan 3 820 689 nəfər ölüb.

Bu barədə HerGun.Az-ın məlumat verilir.

Virusdan ölənlər 265 094, sağalanlar isə 1 303 097 nəfər təşkil edir.

Dünya ölkələri arasında koronavirusa ən çox yoluxma (1 263 183 nəfər), ölüm (74 807 nəfər) və sağalma (213 084 nəfər) ABŞ-da müşahidə edilir.

Virusa yoluxma sayına görə ölkələr arasında ikinci yerdə 253 682 nəfər olmaqla İspaniya, üçüncü yerdə isə 214 457 nəfərlə İtaliyadır.

Qeyd edək ki, Böyük Britaniyada COVID-19-a yoluxanların sayı 201 101 nəfərdir və həmin göstəriciyə görə Birləşmiş Krallıq dünya üzrə ikincidir. Müalicəsi davam etdirilən xəstələrin sayına görə də (170 681) bu ölkə yalnız ABŞ-dan geri qalır.  

Azərbaycanın sərhəd qonşuları Rusiya 165 929 yoluxma hadisəsi ilə 7-ci, Türkiyə 131 744 nəfərlə 8-ci, İran isə 101 650 yoluxma faktı ilə 10-cu yerdədir. Bu üç ölkə arasında ən çox ölüm halı (6418 nəfər) və sağalma (81 587 nəfər) İranda müşahidə edilir.

Ermənistanda koronavirusa 2 782 nəfər yoluxub, 40 nəfər ölüb, 1 135 nəfər isə sağalıb.

Gürcüstanda koronavirusa 610 yoluxma, 9 ölüm, 269 sağalma qeyd edilir.

Azərbaycanda indiyə qədər 2 127 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb, 1 536 nəfər isə sağlığına qovuşub.