Rusiya paytaxtının meri: “Moskvada koronavirusa yoluxanların sayı 300 minə yaxındır”

15:20 07-05-2020 356

“Moskvada koronavirusa yoluxanların həqiqi sayı 300 min nəfərə çata bilər”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya paytaxtının meri Sergey Sobyanin deyib.

“Aydındır ki, şəhərdə yoluxanların həqiqi sayı daha çoxdur. Skrininq araşdırmalarına əsasən, onlar Moskva əhalisinin 2-2,5 faizini təşkil edirlər ki, bu da təxminən 300 min nəfərdir”, - deyə S.Sobyanin bildirib.

Rəsmi məlumatlara görə, Rusiya paytaxtında koronavirusa yoluxanların sayı 85 973-dür.