Fitnes qolbaqlarının “zəif cəhətləri” məlum oldu

05:00 08-05-2020 339

“Rusiya Keyfiyyət Sistemi” (Roskaçestvo) təşkilatı fitnes qolbaqlarının problemlərini açıqlayıb.

Şirkətin saytında bunla bağlı aparılan araşdırmanın nəticələri dərc edilib.

Cihaz addımların əvəzinə məişət işləri zamanı bilək titrəmələrini də sayır. Bu zaman onların sahibi hesablamanı düzgün apara bilmir.

Fitnes qolbaqları yalnız qaçış zamanı düzgün qeyd aparırlar. GPS sistemi olan cihazların daha keyfiyyətli olduğu bildirilir.

Fitnes qolbaqları yüngül hərəkət və istirahət zamanı ürək ritmini düzgün hesablamasa da, velosipedlə hərəkət zamanı bu baxımdan effektlidir.

Qolbaqların əlaqəli olduğu mobil tətbiqlərdə təhlükəsizlik və məlumatların məxfiliyi ilə bağlı heç bir problem aşkarlanmayıb.

Ağıllı saatlarla müqayisədə fitnes qolbaqlarının daha az keyfiyyətli və davamlı materiallardan hazırlandığı əlavə olunur.