Türkiyə bəzi heyvanların ölkəyə gətirilməsinə qadağa qoydu

05:20 08-05-2020 341

“Türk Hava Yolları” (THY) şirkəti koronavirus təhlükəsinə görə başqa dövlətlərdən bəzi ekzotik heyvanların ölkəyə gətirilməsinə qadağa qoyub.

Sondakika.com xəbər verir ki, qadağa həm təyyarədə sərnişinlə, həm də karqo ilə gətirilən heyvanlara aiddir.

Qadağanın bu barədə növbəti açıqlama verilənə qədər qüvvədə olacağı bildirilir.

Ticarət məqsədi daşımayan, sağlamlıq kartı olan it, pişik, balıq kimi ev heyvanlarının isə sahibləri ilə birlikdə ölkəyə gəlməsinə icazə verilir.

Onlar Türkiyəyə daxil olandan sonra 14 gün karantində qalmalıdırlar.