Yunanıstanlı sənətçilərin maska etirazı

06:00 08-05-2020 375

Yunanıstanın paytaxtı Afinada sənətçilər koronavirusa qarşı tədbirlər çərçivəsində maska taxılmasına etiraz ediblər.

“Anadolu” agentliyi xəbər verir ki, onlar maska səbəbindən peşələrinin mənfi istiqamətdə təsirləndiyini deyiblər.

Parlament binasının qarşısında rəngli geyimlərlə bir araya gələn yüzlərlə musiqiçi, aktyor, yazıçı və rəssam “Biz maskalar taxırıq, amma səssiz deyilik”, “Sivilizasiyanı susdurmaq olmaz”, “Sənət isti çörək kimidir” şüarları nümayiş etdiriblər.

Onlar hökumətin maliyyə dəstəyi proqramlarına daxil olmaq istəyərək vergi güzəştləri, kirayə yardımları, 535 avro tələb ediblər.

Qeyd edək ki, mayın 4-dən gözəllik salonu və kitab mağazaları kimi bəzi kiçik müəssisələrin açıldığı ölkədə teatrların, kinoteatrların və konsert salonlarının nə vaxt açılacağı ilə bağlı heç bir açıqlama verilməyib.