Koronavirusla bağlı SON STATİSTİKA

09:20 08-05-2020 331

Dünyada 3 917 627 nəfər koronavirusa yoluxub.

Bu barədə HerGun.Az-ın  qeyd edilir.

270 720 nəfər virusdan ölüb, 1 344 164 nəfər isə sağalıb.

Dünya üzrə koronavirusa ən çox yoluxma ardıcıl olaraq ABŞ (1 292 623 nəfər), İspaniya (256 855 nəfər), İtaliyadadır (215 858 nəfər).

Koronavirusun ilk yayıldığı ölkə olan Çin ilk onluğa daxil deyil. Çində indiyə qədər 82 886 nəfər virusa yoluxub.

Rusiya ilk onluqda beşinci yerdədir. Bu ölkədə koronavirusa 177 160 nəfər yoluxub, 1625 nəfər ölüb, 23 803 xəstə isə sağalıb.

Onluğa daxil olan digər qonşularımız 133 721 yoluxma ilə doqquzuncu yerdə olan Türkiyə və 103 135 yoluxma ilə 10-cu yerdə olan İrandır.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm halı İranda baş verib (6486 nəfər).

Ermənistanda virusa 2884, Gürcüstanda 615 nəfər yoluxub.

Azərbaycanda koronavirus indiyə qədər 2204 nəfərdə müşahidə edilib. Virusa yoluxanların 28 nəfəri ölüb, 1551 nəfəri isə sağalıb.