Demet Akalından nazirə sərt mesaj - FOTO

10:40 08-05-2020 448

Qalmaqallı açıqlamaları ilə vaxtaşırı diqqət mərkəzinə düşən türkiyəli müğənni Demet Akalın sosial şəbəkədə yazdığı statusla gündəmə gəlib.

HerGun.Az xəbər verir ki, sənətçi hava istiləşdikcə küçəyə axışan vətəndaşları tənqid edib.

Akalın “Twitter” hesabında Səhiyyə naziri Fahrettin Kocanın adını işarələyərək bu sözləri yazıb:

“Bayrama qədər (Ramazan bayramı - red.) küçəyə çıxmaq qadağasını uzatmasanız, biz evdə qalanlar təxminən nə vaxt öləcəyik?”

Qeyd edək ki, Türkiyədə koronavirus pandemiyası səbəbindən müxtəlif vaxtlarda vətəndaşların küçəyə çıxması qadağan olunub.

Rəşad Əliyev