Ailəsinin evdən qovduğu gənc özünü asdı - FOTO

13:40 08-05-2020 339

Türkiyənin Antalya şəhərində 29 yaşlı gənc intihar edib.

Bu barədə Sondakika.com xəbər yayır.

Özünü ağacdan asan Eren T. intihardan əvvəl 18 səhifəlik qeyd yazıb.

O, iki aydır küçələrdə yaşadığını, ailəsinin onu evdən qovduğunu və əgər başına bir şey gələrsə, onların cavabdeh olduqlarını bildirib.

Onun meyiti ölümündən 20 gün sonra tapılıb.

Cəsəd ekspertiza üçün morqa aparılıb.