Səmraya “Diva” deyən Samir Bağırov Aygün Kazımova ilə küsülülüyündən danışdı - ÖZƏL

15:20 08-05-2020 433

“Aygün Kazımova ilə umu-küsünü unudub barışdım”.

Bu sözləri HerGun.Az-ın əməkdaşı ilə söhbətində gözlərdən ilim-ilim itən, estradamızın ekstravaqant müğənnisi Samir Bağırov deyib.

Bir müddət öncə Samirin “Avroviziya” təmsilçimiz Səmra Rəhimlinin fotosuna yazdığı “Diva! Hazır ol əzizim, bu titul sənin olacaq” sözlərindən sonra Xalq artisti Aygün Kazımova ilə aralarında soyuqluq yaşanıb.

S.Bağırovun yazdığı şərhi “həzm edə bilməyən” Kazımova ondan inciyib. Lakin pop divanın küsülülüyü çox çəkməyib.

Samir Aygün ilə barışığı belə nəql edib:

“Aygünlə dalaşmaq mümkün deyil. Aygündən incisən də belə, haradasa onunla üz-üzə gələndə yaşanan küsülülüyü unudursan. Onda bir sehr var. O, insanı özünə maqnit kimi çəkir.

Səmraya “Diva” dedim, bu sözlərimdən Aygün incidi. Bir sözlə, məni düzgün başa düşmədi. Aramızda soyuqluq yarandı və ünsiyyətimiz kəsildi.

Novruz bayramı ərəfəsində Aygün mənə zəng vurdu. Onunla birgə Xəzər TV-nin bayram efirinə çıxmağımı rica etdi. Lakin mən öz işlərimlə (yeni layihə - red.) məşğul olduğumdan, zamanımın olmadığını bilrdirdim. O, “Mənim təklifimi rədd edirsən?” dedi. Mən isə cavab olaraq “İncimə, amma növbəti bir layihədə elə Xəzər TV-də birlikdə duet şəklində çıxış edərik” söylədim.

O, aramızda sanki küsülülük olmamış kimi, mənimlə çox səmimi və mehriban danışdı.

Aygünə “Yox” cavabı verəndə, elə bildim ki, indi məni “yıxıb sürüyəcək”, çünki onun təklifinə rədd cavabı vermək olmaz (gülür). Bundan sonra onun hətta düşməni da ola bilərsən. Amma o, məndən incimədi.

Aygün mənə zəng edəndə, çox vaxt dəstəyi qaldırmıram. Sonra telefonda danışanda deyir ki, sən yeganə insansan ki, zəngimə cavab vermirsən, amma mən yenidən sənə zəng vururam. Deyir ki, əgər kimsə zəngimə cavab vermirsə, həmin insanı birdəfəlik silirəm.

Bizi Aygünlə illər bağlayır. O, bilir ki, xətrini nə qədər çox istəyirəm. Aygün mənim can və həyat dostumdur. Bizi ayırmaq qeyri-mümkündür. Biz bir-birimizin xasiyyətinə bələd insanlarıq”.

Rəşad Əliyev