FİFA VAR-dan imtinaya razılıq verdi
00:40 09-05-2020 462
Milli çempionatlarda mövsüm davam edəcəyi halda videotəkrar sistemindən (VAR) istifadə olunmaya bilər. Buna FİFA icazə verib.
TASS xəbər verir ki, VAR-ın tətbiq olunduğu ölkələrdə çempionatlar bərpa olunarsa, yerli federasiyalar ondan istifadəni dayandıra bilərlər.
Lakin istifadə edən ölkələrdə VAR protokolu qüvvədə olacaq.