Skeytbord həvəskarları şəhərin boş yollarında bacarıqlarını nümayiş etdirdilər - VİDEO

03:00 09-05-2020 514

Skeytbord sürənlər koronavirusla əlaqədar tətbiq olunan karantindən maksimum istifadə etmək fikrinə düşüblər.

“Daily Mail” xəbər verir ki, skeytbordçular öz bacarıqlarını Kanadanın Toronto şəhərinin boş yollarında nümayiş etdiriblər.

Qeyd edək ki, Kanadada 64 922 nəfərin COVID-19 virusuna yoluxduğu təsdiqlənib. Bu ölkədə 4 408 nəfər pandemiyanın qurbanı olub.