Həyat yoldaşından pul gizlətməyin axırı belə olur - VİDEO

05:00 09-05-2020 548

Arvadından pul gizlətmək kişiyə baha başa gələcəkdi.

“Sputnik”in verdiyi məlumata görə, kuryoz hadisə Qazaxıstanda baş verib.

Məlumata görə, Türküstan vilayətində baş verən daşqınlardan zərər çəkən sakinlərə yardım etmək istəyən qadın ərinin paltarlarından seçib göndərib. Onların arasında kişinin cibində pul gizlətdiyi gödəkçə də olub.

Arvadının “xeyriyyəçiliyini” eşidən kişi gecə ilə humanitar yardımın dalınca düşüb. Ancaq xoşbəxtlikdən axtarışlar nəticəsini verib: 3100 dollar (5,259 AZN) sahibinə qayıdıb.