İspaniyada pişiyin koronavirusa yoluxması qeydə alınıb

06:40 09-05-2020 388

İspaniyanın Kataloniya bölgəsində pişiyin COVID-19 infeksiyasına yoluxduğu aşkar edilib.

Bu barədə “El Pais” nəşri xəbər yayıb.

Məlum olub ki, dörd yaşlı pişiyin olduğu evdə ailənin bir çox üzvü koronavirusa yoluxub.

Pişiyin nəfəs almaqda çətinlik çəkdiyini görən sahibləri onu baytarlıq klinikasına gətiriblər. Bundan əlavə, heyvanda yüksək hərarət də müşahidə olunub.

Mütəxəssislərin apardıqları tədqiqat nəticəsində pişikdə SARS-CoV-2 virusunun izləri tapılıb.

Mütəxəssislər qeyd edirlər ki, pişiyin insanları virusa yoluxdurması ehtimalı çox azdır.