Avropa dövlətləri imperiya yaradır - İDDİA

07:00 09-05-2020 335

Macarıstanın Baş naziri Viktor Orban Avropadakı bəzi güclərin milli dövlətlər əvəzinə “Avropa Birləşmiş Dövlətləri” qurmaq istədiklərini, lakin bunun bir hissəsi olmaq istəmədiklərini deyib.

O, bu barədə “Kossuth” dövlət radiosunda danışıb.

Orban bəzi güclərin Avropa ölkələrini əhatə edən bir imperiya qurmaq istədiklərini iddia edib.

Onun sözlərinə görə, Macarıstan hökuməti bundan imtina etdiyinə görə tənqid olunub.

Ölkəsinin heç bir şəkildə sözügedən imperiyanın bir hissəsi olmayacağını vurğulayan Orban “Macarıstanın Macarıstan olaraq qalmasını istəyirik”, deyib.

O, imperiya tərəfdarlarının hər fürsətdə Macarıstan hökumətini zəiflətməyə çalışdıqlarını qeyd edib.