Yağış yağanda tibbi maskalardan istifadə olunmalıdırmı?

08:00 09-05-2020 387

Rusiyada xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov yağış zamanı maska ​​taxmağın özünəməxsus xüsusiyyətlərini izah edib.

O, bununla bağlı “Sputnik Radio”ya müsahibə verib.

Jemçuqov evdən çıxarkən özünüzə ehtiyat maska ​​götürməyi məsləhət bilir:

“Əgər maska ​​islanırsa və ya çox istifadə edilibsə, başqasını taxmaq daha yaxşıdır. Öz viruslarınızla nəfəs almaq və yoluxmaq mənasızdır”.

O qeyd edib ki, çöldə yağış yağanda maskanı tamamilə çıxara bilərsiniz.

Eyni zamanda, mütəxəssis nəm, birdəfəlik maskaları ​​qurutmamağı tövsiyə edir. Onun sözlərinə görə, belə maskaları tullamaq daha yaxşıdır. Evdə tibbi tənzifdən hazırlanmış, bir neçə dəfə qatlanmış maska yuyulmamalı, əksinə, buxarla ütülənməlidir.