Magistral yolun kənarındakı cəsədin sirri 300 min maşın araşdırılandan sonra ortaya çıxdı

09:00 09-05-2020 473

Türkiyənin Kocaeli şəhərində, magistral yolun kənarında əlləri, ayaqları bağlı şəkildə yorğana bürünən cəsəd tapılıb.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, cinayətlə bağlı 3,5 ay, təxminən 300 min nəqliyyat vasitəsi araşdırılıb.

Cəsədin İslam adlı Pakistan vətəndaşına aid olduğu müəyyən edilib.

Cinayətin mühacir qaçaqmalçıları arasında şantajla bağlı münaqişə səbəbindən baş verdiyi məlum olub.

Biri Türkiyə, beşi Banqladeş və biri Pakistan vətəndaşı olmaqla yeddi şübhəli saxlanılıb.