Meksikada dağıdıcı tornado: Ölənlər və yaralananlar var - VİDEO

09:40 09-05-2020 418

Tornado qasırğası Meksikanın şimal şərqində yerləşən Nuevo-Leon ştatında ciddi fəsadlar törədib.

Televisa telekanalı regional xilasetmə xidmətinin rəhbəri Migel Peralesə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində iki nəfər həyatını itirib, yaralılar var.

Tornado nəticəsində yüzlərlə ev və tikililərə ziyan dəyib, maşınlar yararsız hala düşüb, mobil rabitə kəsilib.