Bakıda bank kartlarından oğurluq edən şəxs ələ keçdi - FOTO

15:40 09-05-2020 548

Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara məxsus bank kartlarından oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri məhkum olunan, 1973-cü il təvəllüdlü Rövşən Rəhimov müəyyən olunaraq saxlanılıb. 

İdarədən verilən məlumata görə, şübhəli şəxsin üzərindən 0,620 qram heroin aşkar olunaraq götürülüb.

R.Rəhimovun ətrafında keçirilən araşdırmalarla müəyyən olunub ki, o, 2019-cu ilin iyul ayının 30-da Xətai rayon ərazisində yerləşən bankomatlardan birindən B.Kərimovaya məxsus 1000 manat pulu talayıb.

Şübhəli şəxsin digər oğurluq əməllərində iştirakı istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Bakı Şəhər Baş Polis İdarəsinə (590-68-81) müraciət edə bilərlər.