Yevlaxda yaşlı qadının pulunu oğurlayan şəxslər saxlanıldı - FOTO

19:40 09-05-2020 543

Yevlax rayon sakini 1942-ci il təvəllüdlü Z. Məmmədova Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək iki nəfər naməlum şəxsin ona məxsus evə daxil olaraq 1000 manat pulunu oğurladığını bildirib.

Bununla bağlı HerGun.Az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla müəyyən edilib ki, Yevlax rayon sakinləri Elçin Rzayev və əvvəllər məhkum edilmiş Amil Qənbərov yaşlı qadına zor tətbiq edərək evdə olan 1000 manat pulu oğurlayaraq qaçıblar.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.