Mina açıq-saçıq imici ilə meydan suladı - FOTO

23:20 09-05-2020 533

Uzun zamandır səsi-sorağı kəsilən, efirlərdən kənar gəzən müğənni Mina Hüseyn yeni fotosu ilə diqqətləri üzərinə cəmləyib.

HerGun.Az xəbər verir ki, müğənni karantin müddətində fərqli obrazlarda ehtiraslı fotosessiyalar etdirib.

Bu fotosessiyalar isə Minanın yaxın günlərdə təqdim edəcəyi yeni layihəsinin bir hissəsidir.

M.Hüseyn çəkdirdiyi biri-birində iddialı və açıq-saçıq fotosessiyasında yer alan bir neçə şəklini sosial media hesabında izləyiciləri ilə paylaşıb.

Üzərinə güllü printlərlə bəzədilmiş çəhrayı rəngdə pencək geyinən ifaçı büstqalterdən istifadə etməyib. Pencəyin yuxarı düymələrini açıq saxlayan Mina iri sinəsini ön plana çıxarıb. O, geyim obrazını tamamlamaq üçün belinə tünd çəhrayı rəngli kəmər taxıb və qara rəngdə qısa ətək geyinib. 

Mina qalmaqallı obrazını sosial media əhli tərəfindən yazılacaq mənfi və tənqid dolu rəylərdən sığortalamaq üçün şərh bölməsini bağlayıb.

Mina Hüseynin karantin günlərində artıq çəki alması da nəzərdən qaçmayıb.

Rəşad Əliyev