Təhlükəsizlik kəməri taxmasa da, bəxti gətirdi - ANBAAN VİDEO

00:00 10-05-2020 422

Cənubi Koreyada baş verən dəhşətli avtomobil qəzasının görüntüləri yayımlanıb. 

“Daily Mail” xəbər verir ki, qəza zamanı təhlükəsizlik kəməri taxmayan sərnişin avtomobilin şüşəsindən çölə düşüb. 

Daha sonra avtomobil onun üzərinə aşıb. 

Qeyd edək ki, avtomobil gəncin üstünə düşsə də, onun bəxti gətirib. Belə ki, təkərlə sərnişinin arasında cəmi bir neçə santimetrlik boşluq gəncin həyatını xilas edib.