Almaniyada yenidən açılan məscidlərdə bu cür ibadət ediləcək - FOTO

03:20 10-05-2020 336

Almaniyada yeni növ koronavirusa qarşı mübarizə tədbirlərinin yumşaldılması çərçivəsində yenidən kütləvi ibadətə icazə verilib.

“Anadolu” agentliyi xəbər verir ki, müsəlmanlar məscidə girməzdən əvvəl adları və əlaqə məlumatları qeyd olunur.

Bundan sonra onlar əllərini dezinfeksiya edib, 1,5 metrlik sosial məsafə qaydasına uyğun olaraq, maska ilə namaz qılırlar.

Namaz qılındıqdan sonra məscidin içərisi dezinfeksiya edilir.

Maksimum 50 nəfərlik kütləvi ibadətə icazə verildiyi qeyd olunur.