Almaniyalı sahibkarlar dövlətdən aldıqları yardımı geri qaytardılar - VİDEO

05:00 10-05-2020 440

Almaniyanın paytaxtı Berlin şəhərində 4000-dən çox sahibkar pandemiya dövründə dövlətdən yardım üçün aldığı təxminən 36 milyon avronu könüllü şəkildə geri qaytarıb. 

Buna səbəb kimi pandemiyadan həmin sahibkarların bizneslərinə dəyən ziyanın düzgün hesablanmaması, yaxud dəyən ziyanın gözlənilən qədər olmaması göstərilib.

Qeyd edək ki, Almaniya yoluxma hallarının sayına görə dünya statistikasında yeddinci sırada qərarlaşıb. Burada 170 min nəfər koronavirusa yoluxub, bunlardan 7 min 510 nəfəri ölüb. 143 mindən çox almaniyalı xəstəlikdən sağalıb.