Dağıstanda mədrəsə koronavirus xəstələri üçün xəstəxanaya çevrildi - FOTO

07:20 10-05-2020 327

Dağıstanın Untsukul rayonunda mədrəsə koronavirus xəstələri üçün xəstəxanaya çevrilib.

TASS-ın məlumatına görə, bu barədə Respublika Müftiliyinin rəsmi saytında xəbər verilib.

“Untsukul rayonuna daha bir kömək edildi - mədrəsə binası COVID-19 xəstələrini yerləşdirmək üçün mərkəzi rayon xəstəxanasına verildi. Baş həkimin sözlərinə görə, müəssisədə hər cür şərait var. Kompleks xəstələrin sonrakı reabilitasiyası üçün də istifadə edilə bilər”, - deyə məlumatda bildirilir.

Son xəbərlərə görə, Dağıstanda 2 560 yoluxma halı qeydə alınıb. Pandemiya başlayandan bəri respublikada 679 nəfər sağalıb, 18 nəfər isə ölüb.