Çox sayda “Taliban” yaraqlıları həbsxanadan azad edildi

08:20 10-05-2020 396

Əfqanıstan hökuməti son bir neçə gün ərzində “Taliban” Hərəkatının 1000 üzvünü həbsxanadan azad edib.

“RİA Novosti”nin xəbərinə görə, bu barədə Əfqanıstan Milli Təhlükəsizlik Şurasından məlumat verilib.

Ötən gün isə “Taliban” Hərəkatının Qətərdəki siyasi nümayəndəliyinin rəsmisi Suheil Şahin  Əfqanıstan hökumət qüvvələrinin 48 əsgərinin sərbəst buraxıldığını elan edib.

“COVID-19 ilə mübarizədə və sülhü təşviq etmək üçün hökumət yaraqlılara qoşulmayacağına vəd verən 1000 nəfər “Taliban” məhbusunu sərbəst buraxdı. Öz növbəsində “Taliban” Əfqanıstan Müdafiə və Təhlükəsizlik Qüvvələri qulluqçularını azad etməli, zorakılığı azaltmalı və hökumətlə birbaşa danışıqlara hazırlaşmalıdır”, - deyə Əfqanıstan Milli Təhlükəsizlik Şurasının “Twitter” hesabında dərc olunan açıqlamada yazılıb.