Castin Getji Toni Ferqyusonu nokauta saldı - FOTO

10:00 10-05-2020 451

Qarışıq döyüş növləri (MMA) üzrə amerikalı çempion Castin Getji həmvətəni Toni Ferqyusona qalib gəlib.

Döyüş UFC-nin Ceksonvildə keçirilən turniri çərçivəsində baş tutub.

Lenta.ru-nun məlumatına görə, qarşılaşma beşinci raundda texniki nokautla yekunlaşıb.  Bununla da Ferqyuson son səkkiz ildə ilk dəfə məğlub olub.