Əməkdar artist: “Əsəbimdən pulları pilləkənlərə səpdim” - VİDEO

17:00 10-05-2020 470

“Tıxac səbəbi ilə qatıldığım toya düz bir saat gecikmişdim. Toy sahibinə dedim ki, saat 1-2-yə kimi oxuyaram. Gecikmişdim deyə saat üçə işləmişə qədər oxudum. Buna baxmayaraq, alacağım pulu kəsdilər”.

HerGun.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli ARB TV-də yayımlanan “Söhbət var” axşam şousunda qonaq olarkən el məclislərinin birində başına gələn hadisənin pərdəarxası məqamlarından danışarkən deyib.

“Görəndə ki verdikləri pul əvvəlcə danışdığımız məbləğdən əskikdir, məni ağlamaq tutdu, əsəbimdən pulu restoranın pilləkənlərinə tulladım. Toy sahibinin vicdanı yol verməmişdi, səhəri gün pulu artıqlaması ilə çatdırmışdılar” - deyə, müğənni bildirib. 

 
Rəşad Əliyev