Türkiyədə daha 47 nəfər koronavirusdan öldü

21:00 10-05-2020 339

Türkiyədə koronavirusa yoluxanların və ölənlərin sayında artım olub.

HerGun.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

“Twitter” səhifəsindən paylaşım edən nazir qeyd edib ki, son 24 saatda daha 1 542 nəfər koronavirusa yoluxub.

Bundan əlavə, son gün ərzində ölkədə daha 47 nəfər koronavirusun qurbanı olub. 

Beləliklə, ölkədə koronavirusdan ölənlərin sayı 3 786 nəfərə çatıb. Pandemiya ərzində qonşu ölkədə COVID-19-a ümumilikdə 138 657 nəfər yoluxub.