Günay İbrahimli: Karantindən sonra geyim mağazası açacağam - VİDEO

07:00 11-05-2020 548

“Son zamanlar məni xərcə salan ərzaq mağazaları oldu. Pulumun əksər hissəsini ora xərclədim. Bu ərəfədə ən çox marketə getmişəm”.

HerGun.Az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli Xəzər TV-də yayımlanan “X Maqazin” proqramımda deyib.

Sənətçi karantindən sonra mağaza açacağının anonsunu verib:

“Karantin bitsin, görək başımıza nə gəlir (gülür). Fikrimdə var ki, yeni bir iş qurum. İndi yox, gərək bu ərəfələr bir az keçsin”.

Rəşad Əliyev