Dünyada koronavirusdan sağalanların sayı 1,5 milyonu keçdi - STATİSTİKA

16:20 11-05-2020 382

Dünyada 4 200 957 nəfər koronavirusa yoluxub.

Bu barədə HerGun.Az-ın məlumat verilir.

Virusdan 284 150 nəfər ölüb, 1 502 599 nəfər isə sağalıb.

Qitələr arasında virusdan ən çox sağalma Avropada (666 081 nəfər) müşahidə olunur.

Dünya ölkələri arasında koronavirusdan ən çox sağalmanın qeydə alındığı dövlət ABŞ-dır (256 336 nəfər).

Azərbaycanın qonşuları arasında ən çox sağalma sayı müvafiq olaraq Türkiyədə (92 691 nəfər), İranda (87 422 nəfər), Rusiyada (39 801 nəfər), Ermənistanda (1359 nəfər) və Gürcüstandadır (317 nəfər).

Qeyd edək ki, sərhəd qonşularımızda koronavirusa ən çox yoluxma dünya ölkələri arasında bu göstəriciyə görə üçüncü olan Rusiyada (221 344 nəfər), ən az yoluxma Gürcüstanda (638 nəfər) qeydə alınır.

Azərbaycanda 1 650 nəfər koronavirusdan sağalıb. Ölkədə bu vaxta qədər 2 519 virusa yoluxma faktı aşkar edilib, 32 nəfər virusdan həyatını itirib.