Rusiyalı qubernator koronavirusa yoluxdu

18:40 11-05-2020 340

Rusiyanın Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko koronavirusa yoluxduğunu və iki həftə ərzində özünü təcrid etdiyini açıqlayıb.

Bu barədə “LenTV 24” məlumat yayıb.

“Bu sualdan qaçırdım, çünki yalan deyə bilmərəm və buna haqqım yoxdur”, - xəstə olduğu müddətdə regionu uzaq rejimdə idarə etdiyini söyləyən qubernator qeyd edib.

Onun sözlərinə görə, aprelin ortalarında administrasiyada bir neçə nəfərin testlərinin müsbət çıxdığı məqamda onun da sağlamlığında problemlər yaranıb. O, həkimlərə müraciət edib və aparılan testlərin nəticəsi müsbət çıxıb.