Pandemiya Ər-Riyad xəzinəsini boşaldıb: iqtisadiyyatı xilas etmək üçün ƏDV üçqat artırılır

19:40 11-05-2020 346

İyunun 1-dən Səudiyyə Ərəbistanında yaşayış minimumu ödənişləri dayandırılacaq, iyulun 1-dən isə əlavə dəyər vergisi üç dəfə artırılacaq.

Bu barədə “Reuters” məlumat yayıb.

Əlavə dəyər vergisi 10 faiz artaraq 15 faizə qaldırılacaq.

Səudiyyə Ərəbistanının Maliyyə naziri Məhəmməd əl-Cədan bildirib ki, bu cür tədbirlər perspektivdə maliyyə və iqtisadi sabitliyi qorumaq, həmçinin koronavirusun səbəb olduğu böhranı minimum itki ilə başa vurmaq üçün zəruridir.

Səudiyyə Ərəbistanının xəzinəsinə gəlirlər enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi və koronavirus pandemiyası dövründə hava səyahətlərinin dayandırılması ilə kəskin şəkildə azalıb.

Bu ölkədə ƏDV yalnız iki il əvvəl ölkə iqtisadiyyatının dünya bazar qiymətlərindən asılılığını azaltmaq məqsədilə tətbiq edilmişdi.

Krallığın neft gəlirləri bu dövrdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25% azalaraq 34 milyard dollara enib, ümumi gəlir 22% azalıb.

Eyni zamanda, Səudiyyə Ərəbistanının Mərkəzi Bankı hələ mart ayında qızıl-valyuta ehtiyatlarının kəskin şəkildə - 2011-ci ildən bu yana ən aşağı səviyyəyə azalması barədə açıqlama vermişdi.