Həkimlər başlarında yastıq üzlüyü ilə müayinə apardılar

02:40 12-05-2020 384

Rusiyanın Volqoqrad vilayətinin Səhiyyə Departamenti internetdə müvafiq qoruyucu vasitəsi olmayan həkimlərin başlarında yastıq üzlükləri ilə işlədikləri bir video yayımlandıqdan sonra araşdırmalara başlayıb.

“RİA Novosti”nin şöbəyə istinadən verdiyi məlumata görə, Yoluxucu Xəstəliklər xəstəxanasında plansız müayinə təşkil olunub.

“Regional səhiyyə mütəxəssisləri hadisə yerində işləyirlər”, - deyə mənbə bildirib.

Bundan əvvəl Volqoqradda 16 nömrəli xəstəxanada işləyən həkimlərinin xüsusi geyimə ehtiyacı olduğunu bildirən video yayılmışdı.

Qeyd edilirdi ki, həkimlərin şarfları belə olmadığına görə, onlar yastıq üzlükləri taxmağa məcbur olurlar.