Bir nəfər 500-dən çox işçini koronavirusa yoluxdurdu

03:40 12-05-2020 327

Qanada COVID-19 virusunun daşıyıcısı balıq emalı zavodunun 500-dən çox işçisini koronavirusa yoluxdurub.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə  ölkənin prezidenti Nana Akufo-Addo açıqlama yayıb.

“Qeyd etmək istəyirəm ki, 921 yeni yoluxma halının 533-ü Tema şəhərində yerləşən balıq emalı müəssisəsində qeydə alınıb. Bir nəfər infeksiya daşıyıcısı 533 nəfəri koronavirusa yoluxdurub”, - deyə dövlət başçısı söyləyib.

Son statistikaya əsasən, Qanada 4 263 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. 22 xəstə virusun qurbanı olub.