Anasından yadigar qalan adyalını vermədiyi üçün bıçaqlandı

09:00 12-05-2020 348

Türkiyənin Bursa şəhərində küçədə yaşayan Ramazan Sarı anasından yadigar qalan yeganə əşyasını - adyalını vermədiyi üçün Uğur Karakaya adlı şəxs tərəfindən bıçaqlanıb.

Bu barədə Star.com məlumat yayıb.

Hadisə ötən gün səhər saatlarında yaşanıb. Hər iki şəxs gecəni parkda keçirib. Səhər açılarkən üşüyən Uğur Karakaya Ramazan Sarıdan adyalını istəyib. Anasından qalan yeganə əşyanı vermək istəməyən Ramazan Sarı rədd cavabı verib və müqavimət göstərib. Nəticədə, U.Karakaya onu sinəsindən bıçaqlayaraq hadisə yerindən uzaqlaşıb.

Xəstəxanaya çatdırılan R.Sarının vəziyyətinin hazırda yaxşı olduğu qeyd edilir. U.Karakaya isə polis tərəfindən saxlanılıb.