Dünya ulduzu əri ilə məşq edib, həmkarlarına göz dağı verdi - VİDEO

10:40 12-05-2020 617

38 yaşlı dünya ulduzu Britni Spirs həyatında çətin günləri geridə qoyub, eşq dolu həyatını İran əsilli fitnes məşqçisi və model, 28 yaşlı Sem Asqari ilə davam etdirir. Məşhur müğənni bədən quruluşunu ideal formaya sahib olmaq üçün evdə idmanla məşğul olur.

HerGun.Az xəbər verir ki, karantin günlərində dəbdəbəli villasında təcrid olunan pop ulduz sevgilisi ilə gərgin məşqlər edir.

Həmin anları telefonun yaddaşına həkk edib, “Instagram” hesabında izləyiciləri ilə bölüşən müğənni paylaşımına bu sözləri yazıb:

“Formada qaldığım üçün Sem Asqariyə minnətdaram! İnsanların evdə olduqları müddətdə formalarını qorumaq üçün Semin fitnes proqramına qoşulmalarından qürur duyuram. Birlikdə məşq edən cütlük birgə yaşayır”.

İzləyicilər Sem Asqarinin Britni Spirsin həyatını dəyişdiyini və cütlüyün xoşbəxt olduğunu qeyd ediblər. 

Rəşad Əliyev