Plastik və estetik əməliyyatla gözəlləşən dünya ulduzları - FOTO

13:40 12-05-2020 460

Dünya ulduzları ideal görkəmə sahib olmaq üçün müxtəlif cərrahiyyə əməliyyatlarına üstünlük verirlər.

HerGun.Az xarici görünüşləri ilə hər zaman diqqət mərkəzində olan dünya ulduzlarının illər əvvəlki və hazırkı görünüşlərinin fotolarını təqdim edir.

33 yaşlı məşhur aktrisa Meqan Foks müxtəlif vaxtlarda burnunun, yanaqlarının və dodaqlarının formasını plastik əməliyyatla gözəlləşdirib.

32 yaşlı amerikalı aktrisa və model Bleyk Layvli gözəldir. O, həmişə belə olmayıb. Gəncliyində Layvli cərrahiyyə əməliyyatı ilə çənə və burnunun formasını dəyişdirib.

Dünya şöhrətli 51 yaşlı aktrisa Rene Zellveger bir neçə dəfə plastik cərraha üz tutaraq, blefaroplastika əməliyyatı keçirib. O, yanaq sümüklərini qabartmaq üçün də əməliyyat keçirib.

35 yaşlı aktrisa Skarlet Yohansson da əməliyyat olunan məşhurlar sırasındadır. O, 2006-ci ildə rinoplastika əməliyyatı keçirərək, görkəminə əl gəzdirib.

Keçmiş “D estiny's Child” pop qrupunun üzvü, müğənni və iş xanımı Viktoriya Bekhem də görünüşünü plastik əməliyyat yolu ilə gözəlləşdirən ulduzlardandır. O, burnunu incəldib, sinəsinə silikon qoyaraq, ölçüsünü və həcmini böyüdüb.

Rəşad Əliyev