İspaniyaya səfər edən bütün əcnəbilər iki həftəlik karantinə yerləşdiriləcək

15:00 12-05-2020 317

İspaniyaya səfər edəcək şəxslər koronavirus pandemiyası ilə əlaqədar iki həftəlik karantinə alınacaq.

TASS xəbər verir ki, bu barədə İspaniya hökumətinin rəsmi xəbər portalında məlumat verilib.

Qərar mayın 15-də qüvvəyə minəcək.

Qeyd olunur ki, xaricdən İspaniyaya daxil olan şəxslər evdə, yaxud karantin üçün nəzərdə tutulan məkanlarda qalmalı olacaq, küçəyə ancaq ərzaq mağazasına və tibb müəssisinə getmək üçün icazə verilir. Tibbi maskalardan istifadə etmək isə məcburidir.

Hökumətin qərarı COVID-19-la əlaqədar tətbiq edilən xüsusi rejimin bitməsinə qədər qüvvədə olacaq.

İspaniya koronavirusdan ən çox zərər çəkmiş ölkələr sırasındadır. Son məlumatlara əsasən, İspaniyada 268 143 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. 26 744 xəstə virusun qurbanı olub.