Bu gün Türkiyədə daha 53 nəfər koronavirusdan ölüb

22:00 12-05-2020 409

Bu gün Türkiyədə koronavirusdan daha 53 nəfər ölüb.

Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün sosial media hesabında bildirib. 

Bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 3 894 nəfərə çatıb.

Son 24 saatda qonşu ölkədə 1 704 yeni yoluxma halı qeydə alınıb.