Maska taxmayan müştərilərlə mühafizəçilər arasında əlbəyaxa dava düşdü - VİDEO

23:40 12-05-2020 412

Ərzaq mağazasının mühafizəçiləri ilə müştərilər arasında əlbəyaxa dava olub.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, hadisə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində baş verib.

Məlumata görə, Paul və Filip Hamilton qardaşları maska taxmadan ərzaq mağazasına daxil olub. Mühafizəçilərin tibbi maska taxmayan müştərilərə irad bildirməsi qardaşların xoşuna gəlməyib və nəticədə tərəflər arasında insident yaşanıb.