Polislərin təqibindən qaçmağa çalışan sürücü ağır qəza törətdi - VİDEO

01:20 13-05-2020 416

Ukraynanın Dnepr şəhərində yol polisinin təqibindən qaçmağa çalışan sürücü ağır qəza törədib.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, qaydalara məhəl qoymayan sürücü işıqforun qırmızı işığında gözləyən avtomobilə çırpılıb.

Qəza anı ətrafda olan müşahidə kameraları tərəfindən qeydə alınıb.

Hadisədə xəsarət alanlar haqqında məlumat verilməyib.