Fransada müsəlmanlar üçün qəbiristanlıqlarda yer qalmadı

07:00 13-05-2020 632

Fransada koronavirus pandemiyası səbəbindən qəbiristanlıqlarda müsəlmanlar üçün yer qalmayıb.

“Anadolu” agentliyi “Tahara” Dərnəyinə istinadla xəbər verir ki, həyatını itirən müsəlmanların cənazələri soyuducularda və meyitxanalarda saxlanılır.

Fransada 26 643 nəfərin koronavirusdan öldüyü bildirilir.

Ölüm səbəbindən qəbiristanlıqlarda və morqlarda çox sıxlıq olduğuna görə, müsəlmanlar üçün dəfnə yer qalmadığı açıqlanıb.

Müsəlmanların dəfn mərasimləri ilə bağlı araşdırmalar aparan “Tahara” Dərnəyinin başçısı və tibb işçisi Abdesamad Akraç normal şərtlərdə müsəlmanların meyitlərinin istəklərinə uyğun olaraq xaricə aparıldığını, ancaq hazırda bunun virusa görə mümkün olmadığını bildirib.

O, Avropa İttifaqına üzv olmayan ölkələrlə sərhədlərin bağlanmasının vəziyyəti daha da pisləşdirdiyini deyib:

“Ölkələrin sərhədlərini bağlaması səbəbindən müsəlmanların cənazələri Türkiyədən başqa ölkəyə təxliyə edilə bilmir”.

Fransa İslam Şurası (CFCM) daha əvvəl Prezident Emmanuel Makrona bununla bağlı müraciət edib. CFCM-nin məlumatlarına görə, ölkədəki 300 qəbiristanlıqda müsəlmanlar üçün ayrılmış hissələrdə cəmi 100 dəfn yeri var.