Ayı yeni dəfn edilən meyiti məzardan çıxarıb parçaladı - VİDEO

08:00 13-05-2020 403

Rusiyanın Tında şəhərində ayı qəbiristanlıqda yeni dəfn edilmiş şəxsin məzarına hücum edib.

REN TV xəbər verir ki, ərazidə olan ovçulardan biri qəbrin qazıldığını görüb və hadisəni telefonuna çəkərək ictimailəşdirib.  

Araşdırmadan sonra məlum olub ki, heyvan qəbiri eşərək meyiti torpağın altından çıxarıb və “şikarını” parçalayıb.