“Barsa” tarixin ən bahalı ikinci futbolçusunu yarı qiymətə satır

06:00 15-05-2020 443

“Barselona” futbol klubu Usman Dembeleni dəyərinin yarı qiymətinə satış siyahısına daxil edib.

Bu barədə “Marca” məlumat yayıb.

İddiaya görə, 105 milyon nağd və 42 milyon avro bonus şəklində ödənişlə “Barsa”ya keçən futbolçunun zədələr səbəbindən mövsümü bitirməsi klub rəhbərliyini onu satmaq fikrinə salıb.

Futbol tarixinin ən bahalı ikinci transferi sayılan U.Dembelenin onun üçün 60 milyon avro ödəyən kluba verilməsi qərarlaşdırılıb.