Lökbatanda 14 yaşlı yeniyetməni avtomobil vurdu

09:00 15-05-2020 329

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.

2006-cı il təvəllüdlü Qəniyev Cavanşir Şıxəli oğlunu minik avtomobili vurub.

Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.