Xırdalanda işıq olmayacaq

11:40 15-05-2020 333

Abşeron rayonunun Xırdalan şəhərində işıq olmayacaq.

Bu barədə HerGun.Az-a “Azərişıq” ASC-dən məlumat verilib. 

Bildirilib ki, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində yerləşən bəzi xətlərdə SİP kabellərin yeni AVVQ kabellərlə əvəzlənməsi işləri aparılacaq. 

Bununla əlaqədar olaraq, bu gün saat 13:30-dan 16:00-dək kənd Xırdalan, C.Cabbarlı, Adıgözəlov, 28 May və R.Axundov küçələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.